Feb 23, 2019 19:02 Asia/Baku
  • Şəmxani: Suriyada müqavimətin önləyici qüdrəti artırılacaq
    Şəmxani: Suriyada müqavimətin önləyici qüdrəti artırılacaq

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi: Tezliklə Suriyada müqavimətin önləyici qüdrətinin artırılmasında önəmli dəyişiklik müşahidə ediləcək.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani şənbə günü Təsnim xəbər agentliyinə verdiyi müsahibədə İsrail rejiminin Suriyaya hücum ehtimalına dair sualın cavabında dedi: Suriya ordusunun və bu ölkədəki müttəfiq tərəflərin əməkdaşlığı ilə bir sıra tədbirlər görülüb. Bu tədbirlər istənilən növ təcavüz və hücum müqabilində insan tələfatının önlənilməsinə dair qırmızı xəttin qorunmasına kömək edəcək.

Şəmxani İsrail rejiminin Suriyaya olan hücumlarının təsirlərinə gəlincə deyib: Müqavimət cəbhəsi Suriyadakı məqsədlərinin təqribən 90%-nə nail olub. Buna görə də İsrail rejiminin təxribatları Suriyada strateji təsirə malik deyil.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi sionistlərin Suriya ilə bağlı tam informasiyalara malik olmalarına dair iddialarının əksinə olaraq, onların bu ölkə ilə bağlı heç bir məlumata malik olmadıqlarını bildirib və deyib: Sionistlər hücumlarının birində raket anbarının yerinə rulon şəklində bükülmüş xalçaların saxlanıldığı anbarı hədəfə alıblar. Bu, hərbi kəşfiyyat baxımından bağışlanmaz səhv sayılır.

Şəmxani həmçinin, ABŞ hərbçilərinin Suriyadan çıxması məsələsinə də işarə edib və deyib: ABŞ 2019-cu ilin sonuna kimi Asiyanın qərbində bir sıra digər məntəqələri də tərk etməyə məcbur olacaq.

Şərhlər