Mar 14, 2019 11:04 Asia/Baku
  • Ruhani: İran və İraq xalqlarının əlaqələri möhkəmdir

İran İslam Respublikasının prezidenti deyib ki, heç bir ölkə İran və İraq xalqlarını bir-birilərindən uzaqlaşdırmağa qadir deyildir.

Həsən Ruhani İraqa üçgünlük səfərinin sonunda dünən gecə Tehrana daxil olarkən bu səfəri İran-İraq əlaqələrinin kulminasiya nöqtəsi adlandırıb və ümidvarlıq edib ki, bu səfər əlaqələrin iki xalqın və regionun xeyrinə genişlənməsinə zəmin yaradacaqdır.

İran İslam Respublikasının prezidenti əlavə edib: İkitərəfli müzakirələrdə vurğulandı; İran-İraq səmimi əlaqələri elə planlaşdırılsın ki, bu əlaqələr sonrakı etaplarda başqa ölkələrin qatılmaları ilə üç və çoxtərəfli əlaqələrə çevrilsin.

Ruhani deyib: Təhlükəsizlik və region məsələləri sahəsində də çox yaxşı anlaşma əldə olundu və iki ölkə tərəfindən mühüm birgə bəyanat yayıldı və mühüm sənədlər imzalandı.

İran İslam Respublikasının prezidenti söyləyib: İraq rəsmilərilə görüşlərdə sərhəd məsələləri kimi mühüm mövzular irəli sürüldü və iki tərəf 1975-ci il müahidəsinə və İranın Xuzistan vilayətinin əhalisi üçün xüsusi önəmə malik olan Ərvəndrud çayının təmizlənməsi barədəki razılaşmaya təkid etdi.

Ruhani deyib: İraq rəsmiləri ilə müzakirələrdə razılaşdırıldı ki, turizmin genişləndirilməsi üçün turistlərə vizanın verilməsi pulsuz həyata keçirilsin.

O, əlavə edib: İraq İrana ildə üç milyon turist göndərir və İrandan da İraqa ildə iki milyondan çox turist gedir. Turizm məsələsi mədəni, iqtisadi və siyasi baxımdan hər iki ölkə üçün əhəmiyyət kəsb edir.

İraqı İran məhsullarının ixracı üzrə ilk mərkəz adlandıran İran prezidenti söyləyib: Bu çərçivədə iki ölkənin iş adamlarının fəaliyyətlərinin asanlaşdırılması üçün qərara alındı ki, vizanın açılması keçmişə nisbətən asanlaşdırılsın, zira iranlı istehsalçılar və iqtisadi fəalların ticarət əlaqələrinin təsbit olunması istiqamətindəki rolları olduqca mühümdür.

 

 

Teqlər

Şərhlər