Mar 14, 2019 14:17 Asia/Baku
  • Qasemi: Amerikalılar Asiyanın qərbində gərginlik yaradan mühitin qorunmasının ardıncadırlar

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Amerikalılar saxta və qeyri-real iddia və ittihamlar irəli sürərək, Asiyanın qərbində zahirdə həllolunmaz və çoxlu sayda böhranlara malik gərginlik yaradan mühit formasında olan hazırkı şəraitin qorunub saxlanılmasının ardıncadırlar.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi bu gün ABŞ dövlət katibi Mayk Pompeonun “Seravik” adlı illik enerji konfransında İran-İraq əlaqələri barədəki sözlərinə, həmçinin bu amerikalı rəsminin BMT-nin baş katibi ilə görüşdəki dəyərsiz və təkrar iddialarına reaksiyada belə əlavə edib: İran-İraq əlaqələri tamamilə iki ölkə başçılarının iradələri ilə və İran və İraq xalqlarının istəkləri, eləcə də qarşılıqlı maraqlar, etimad və hörmət əsasında formalaşıbdır.

İran Xarici İşlər Nazirliyinin sözçüsü söyləyib: Amerikanın müdaxilə mahiyyətli siyasətlərinin əksinə olaraq, nə İran, nə də ki, İraq öz iradə və istəklərini qarşı tərəfə qəbul etdirmək ardınca deyillər.

Qasemi həmçinin ABŞ dövlət katibinin BMT-nin baş katibi ilə görüşdəki dəyərsiz və təkrar iddialarına belə münasibət bildirib: Amerikanın hazırkı siyasətləri minlərlə günahsız insanın həyatı, bəzi region ölkələrinin infrastrukturlarının dağıdılması, bu regionun ölkələri arasında qarşıdurmalar və böhranların şiddətlənməsi, eləcə də Amerika üçün silah ixracatı və ondan əldə olunan gəlirlərin artması bahasına başa gəlibdir.

Amerikalı rəsmilərin İrana qarşı iddiaları elə bir halda irəli sürülür ki, ABŞ hökuməti tərəfindən sionist rejimə qeyd-şərtsiz dəstəklərin verilməsi, Yəmən savaşında səud koalisiyasının hərbi cəhətdən himayə olunması, İranda çaxnaşma salmaq üzrə cəhd, Suriyadakı terror qruplarına dəstək kimi yeridilən siyasətlər regionda gərginliyin formalaşması amilidir.

 

 

Teqlər

Şərhlər