Mar 14, 2019 16:30 Asia/Baku
  • İnqilab Rəhbəri İran düşmənlərinin maksimum hücumları ilə mübarizəyə təkid ediblər

İslam İnqilabının Böyük Rəhbəri buyurublar: Düşmənlərin maksimum hücumları qarşısında qüvvələr, bacarıqlar və imkanların maksimum səfərbərliyi həyata keçirilməlidir ki, xalqın və məsul şəxslərin Allaha təvəkkül və ilahi zikrə olan dərin inamı ilə pərvərdigar özünün böyük İran xalqı barədəki sadiq vədlərini həyata keçirmiş olsun.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün xalqın Rəhbərlik Xobreqanı Məclsinə seçilmiş nümayəndələrilə görüşdə "Ölkənin və təsirli şəxslərin problemlər və hadisələrlə qarşılaşma tərzi və növü" barədə dərin ümumi anlayış və diskursun yaradılmasını vurğulayaraq, əlavə ediblər: Daxili məsələlərdə düşmən və onların davamçıları çalışırlar ki, yerli qüvvələrin yerini zəif, düşmənin yerini isə güclü göstərsinlər və sonda belə təlqin etsinlər ki, ölkə çoxlu sayda həllolunmaz problemlərlə üzləşib və heç bir hərəkət imkanı da mövcud deyildir.

Həzrət Ayətullahuluzma Xamenei region məsələləri barədə də belə deyiblər: Özümüzün regiondakı mövqeyimiz və yerimizdən və düşmənin İran İslam Respublikasından çəkinməsindən agah olmalıyıq və İran İslam Respublikasının regiondakı iştirakı barədə qeyri-düzgün və yersiz mətləblər və sözlər söyləyən kəslər əslində düşmənə kömək etməkdədirlər.

O həzrət Amerika və Avropa ilə qarşılaşma tərzi mövzusuna işarə edərək, söyləyiblər: İslam Respublikasının amerikalılar və avropalıların fəaliyyət tərzi barədəki təcrübələri olduqca çoxdur, amma nüvə anlaşmasına və amerikalıların yerinə yetirməli olduqları, amma pozduqları öhdəliklərlə bağlı son təcrübə hamının gözləri önündədir və Amerika və müqabil cəbhə ilə mübarizədə bu təcrübələrdən istifadə etmək lazımdır.

Həzrət Ayətullahuluzma Xamenei bildiriblər ki, İran xalqının əsl düşməni Amerikadır və xalq düşməni tanımaqda xətaya yol verməyəcəkdir. O həzrət əlavə ediblər: İslami quruluş dünya hegemonçularının İran xalqının hərəkəti qarşısında sakit qalacaqlarını gözləmir.

İslam İnqilabının Böyük Rəhbəri həmçinin "Yumşaq hücumlar qarşısında toxunulmazlıq üçün düşmənlə qabarıq sərhədin çəkilməsi"ni son dərəcə vacib adlandırıb və belə qeyd ediblər: Mədəni sərhədlər də coğrafi sərhədlər kimi qabarıqlaşdırmaya və qorunmaya ehtiyaclıdırlar ki, düşmən aldatma, təcavüz və sızma ilə bu sərhədlərdən keçməsin və ölkənin virtual və mədəni atmosferinə yiyələnməsin.

Həzrət Ayətullahuluzma Xamenei amerikalıların İran xalqına qarşı ən şiddətli sanksiyaların tətbiq olunmasına dair sözlərinə toxunaraq, buyurublar: Onlar İran qarşısında maksimum hücumlara əl atıblar və əgər xalq öz imkan və bacarıqlarını maksimum dərəcədə səfərbər edərsə, Allah-Taalanın köməkliyi ilə Amerikanın tarixdəki ən ağır məğlubiyyət bu ölkəyə nəsib olacaqdır.

Teqlər

Şərhlər