Mar 14, 2019 16:48 Asia/Baku
  • Rəhbərlik Xobreqanı Məclsinin üzvləri İmam Xomeyni(r.ə)-in amalları ilə əhd-peymanlarını təzələyiblər

Rəhbərlik Xobreqanı Məclsinin üzvləri Həzrət İmam Xomeyni(r.ə)-in pak hərəmində olaraq, İran İslam Respublikasının dahi banisinin amalları ilə öz əhd-peymanlarını təzələyiblər.

Rəhbərlik Xobreqanı Məclsinin sədri Ayətullah Əhməd Cənnəti, bu məclisin rəyasət heyətinin üzvləri və nümayəndələri bu gün səhər Həzrət İmam Xomeyni(r.ə)-in pak hərəmində əklil qoyub, fatihə oxuyaraq, İran İslam Respublikasının dahi banisinin yüksək amalları, İslam İnqilabının Böyük Rəhbəri və şəhidlər ilə əhd-peymanlarını təzələyiblər.

Rəhbərlik Xobreqanı Məclsinin üzvləri bu iclasın yekun bəyanatında İslam Ümmətinin birliyinin qorunması, hər cür ixtilafdan çəkinmə və müqavimət mehvərinə dəstəyin vacibliyini vurğulayıblar. 

Teqlər

Şərhlər