Mar 15, 2019 14:24 Asia/Baku
  • Boeing 737 Max-ın İran səmasında uçuşu qadağan edilib

İranın Aviasiya Təşkilatının sözçüsü Boeing 737 Max tipli sərnişin təyyarəsinin İran səmasında uçuşunun qadağan edilməsindən xəbər verib.

İranın Aviasiya Təşkilatının sözçüsü Reza Cəfərzadə deyib: Boeing 737 Max tipli sərnişin təyyarəsinin bu təyyarənin istehsalçısı olan Amerika daxil olmaqla bir çox ölkənin səmasında uçuşunun qadağan olunmasının ardınca bu təyyarənin İran səmasında uçuşu da qadağan edildi.

Cari il martın onunda Efiopiyada Boeing 737 Max-8 təyyarəsinin süqut etməsi və onun bütün 157 sərnişini və ekipaj üzvlərinin həlak olmalarının ardınca bir çox dünya ölkəsi bu təyyarənin uçuşunu qadağan etdi.

Teqlər

Şərhlər