Mar 15, 2019 15:45 Asia/Baku
  • İran Amerikanı İraq və Suriyada məğlub etdi

Tehranın cümə namazı xitabətçisi deyib: Hamının etiraf etdiyi kimi, İran İslam Respublikası var gücü ilə Amerikanın İraq və Suriyadakı fitnələrini uğursuz qoydu və Vaşinqtonu məğlubiyyətə düçar etdi.

Ayətullah Mohəmməd Emami Kaşani Tehranın buhəftəki cümə namazı xütbələrində bildirib ki, düşmən var gücü ilə İrana qarşı maksimum təzyiq göstəribdir.

O, əlavə edib: İran xalqına qarşı təzyiq və sanksiyaları zərərsizləşdirmək üçün daxili imkanların səfərbər edilməsi və düzgün idarəçiliklə Amerikanı ağır məğlubiyyətə uğratmaq lazımdır.

Tehranın müvəqqəti imamcüməsi İran xalqının bu ilin 22 bəhmən yürüşündəki qəhrəmancına iştirakına işarə edərək, əlavə edib: İran xalqının 22 bəhməndəki qüdrət nümayişi İslam İniqilabı düşmənlərinin fitnələrini uğursuz qoydu.

Ayətullah Mohəmməd Emami Kaşani  həmçinin İslam İnqilabının Böyük Rəhbəri tərəfindən "İslam İnqilabının ikinci addımı" bəyanatının verilməsinə işarə edərək, deyib: Bu bəyanat əsasən İslam Ümmətinə və iranlı gənclərə xitab edilib və onlar öz səyləri və cihadları ilə bu bəyanatın sonrakı qırx ildə həyata keçirilməsinə çalışmalıdırlar.

Tehranın cümə namazı xitabətçisi Yeni Zelandiyada iki məscidə qarşı terror hücumlarını pisləyərək, deyib: Bu hərəkət göstərir ki, İslam Ümmətinin düşmənləri zəlildirlər.

Bu gün Yeni Zelandiyanın Kraysçörç şəhərindəki iki məscidə qarşı terror hücumlarında 49 nəfər ölüb, 27 nəfərdən çox insan da yaralanıbdır.

Şərhlər