Mar 16, 2019 11:27 Asia/Baku
  • Ruhani: Yeni Zelandiya cinayəti islamofobiya ilə mübarizəni zəruri edən növbəti faktdır
    Ruhani: Yeni Zelandiya cinayəti islamofobiya ilə mübarizəni zəruri edən növbəti faktdır

İran İslam Respublikası prezidenti cümə günü bir müraciətdə Yeni Zelandiyada törədilən terror aktını qınayaraq, bildirdi: Bu dəhşətli cinayət Qərbdə geniş formada yayılmış və bəzi Qərb dövlətləri tərəfindən daha da qızışdırılan dinlərə etnoslara qarşı nifrət və terrorizmə habelə, islamofobiyaya qarşı hərtərəfli mübarizənin aparılmasını zəruri edən növbəti faktdır.

İRNA-nın məlumatına görə, Həsən Ruhani Qərb medialarının Yeni Zelandiyada törədilən bu dəhşətli cinayətlə bağlı qeyri-insani və qeyri-peşəkar davranışını da Qərbin hətta, insan həyatına dair məsələlərdə belə irqçi və ikili istandart rəftarın bariz nümunəsi adlandırdı və dedi: Bu vəhşilik və aşkar zülmü dünyanın ayıq vicdanları və insani dəyərlərə önəm verənlər heç vaxt unutmayacaqlar. 

İran İslam Respublikası prezidenti əlavə etdi: Yeni Zelandiyada törədilən cinayətlər dünyanın ən önəmli problemlərindən sayılır və bütün ölkələrin dünyanın istənilən nöqtəsində zorakılıq və ifratçılıq ilə mübarizə aparmasını tələb edir. 

Ruhani beynəlxalq dairələr xüsusilə də İslam ölkələrinin bu kimi cinayətlərə reaksiya verməli olduqlarını deyərək, bu kimi cinayətləri himayə edənlərin ifşa və rüsvay edilməsini istədi. 

Həsən Ruhani İran İslam Respublikası Xarici İşlər Nazirliyinin bu cirkin cinayəti törədənlərin aşkar olunması və mühakimə edilməsi məsələsini ciddi şəkildə izləyəcəyini deyərək, əlavə etdi: Tehran müsəlmanların birliyi və həmrəyliyi ilə düşmənlərin bu kimi fitnələrdə izlədikləri məqsədlərin nəticəsiz qalacağına inanır.

Ruhani həmçinin, İran hökumətinin terrorizm və irqçilik ilə mübarizədə qətiyyətli olduğunu dedi. 

İran İslam Respublikası prezidenti sonda hadisə qurbanlarının ailə üzvləri və yaxınlarının kədərini bölüşərək, bu kədərli hadisəyə görə İslam Dünyasına başsağlığı verdi. 

Cümə günü Yeni Zelandiyanın Kristçörç şəhərində iki məscidə edilən hücumda 49 nəfər şəhid edilib, 50 nəfər də yaralanıb. 

Şərhlər