Mar 17, 2019 12:51 Asia/Baku
  • Laricani: Avropalılar nüvə anlaşmasındakı öhdəliklərinə sadiq qalsınlar
    Laricani: Avropalılar nüvə anlaşmasındakı öhdəliklərinə sadiq qalsınlar

İran İslam Şurası Məclisinin sədri avropalıların nüvə anlaşması qarşısındakı öhdəliklərinə sadiq qalmalarına təkid etdi.

Əli Laricani şənbə günü axşam Əl-Aləm kanalına verdiyi müsahibədə ABŞ-ın nüvə anlaşmasından çıxmasından sonra avropalıların bu anlaşmanın qorunması istiqamətində lazımi tədbirlərin görülməsində səhlənkarlığa yol verdiklərini deyərək, bildirdi: Avropalılar nüvə anlaşmasının qorunmasını istədiklərini elan etsələr də, sadəcə bir özəl maliyyə kanalı yaradıblar. 

Laricani əlavə etdi: Avropalılar yaratdıqları maliyyə kanalı ilə ABŞ-ın sanksiyalarını zərərsizləşdirə bilərlər. 

İran İslam Şurası Məclisinin sədri həmçinin, nüvə anlaşmasının qorunması və davam etməsinin avropalıların rəftarlarından asılı olduğunu deyərək, əlavə etdi: İran müzakirə üçün başqa şərtləri qəbul etmir. 

Şərhlər