Mar 17, 2019 14:37 Asia/Baku
  • Ruhani: İran qonşu ölkələrlə əlaqələrin genişləndirilməsini istəyir
    Ruhani: İran qonşu ölkələrlə əlaqələrin genişləndirilməsini istəyir

İran İslam Respublikası prezidenti Həsən ruhani Tehranın bütün qonşu ölkələr ilə yaxşı münasibətlərə malik olmaq istədiyini söyləyərək, dedi: Əgər, bəzi qonşu ölkə ilə hansısa problem varsa, bu problem onlar tərəfindən yaradılıb.

Həsən Ruhani İranın cənubunda yerləşən Buşehr şəhərinin sakinləri qarşısında etdiyi çıxışda Tehranın məqsədini regionun inkişafı adlandırdı və dedi: İran öz qonşuları ilə o cümlədən Qətər, Oman, Türkiyə, Azərbaycan, Türkmənistan, Əfqanıstan və Pakistan ilə yaxşı əlaqələrə malikdir. Və bütün qonşuları ilə yaxşı əlaqələrə malik olmaq istəyir.

Ruhani daha sonra İraqa olan səfərinə işarə etdi və dedi: İran - İraq əlaqələri region və dünyada nümunəvidir.

İran prezidenti daha sonra düşmənlərin İrana zərbə vurmaq üzrə fitnələrinə işarə edərək, dedi: Amerika, sionistlər və regionun bəzi irticaçı rejimləri var gücləri ilə İran xalqına təzyiq göstərirlər. Amma, heç vaxt İran xalqını təslim olmağa məcbur edə bilməyəcəklər.

İran İslam Respublikası prezidenti daha sonra 11 milyard dollar sərmayə qoyuluşu ilə ölkənin ən iri layihələrindən biri olaraq Cənubi Pars qaz yatağının 4 fazasının istifadəyə verilməsinə işarə edərək, dedi: Bu layihənin istifadəyə verilməsi İranın düşmənlərin təzyiqlərinə rəğmən öz yolunu davam etdirməsindən xəbər verir.

Teqlər

Şərhlər