Mar 17, 2019 19:06 Asia/Baku
  • İran Parlamentinin üzvləri Yeni Zelandiya terror aktını qınadılar
    İran Parlamentinin üzvləri Yeni Zelandiya terror aktını qınadılar

İran İslam Şurası Məclisinin üzvləri bir bəyanat qəbul edərək, Yeni Zelandiyada onlarla nəfərin ölməsi və yaralanmasına səbəb olan son terror aktını qınayıblar.

İRİB-nin bildirdiyinə görə, İran İslam Şurası Məclisinin üzvlərinin bəyanatında deyilir: Yeni Zelandiyada həyata keçirilən terror hücumu bir daha sübut etdi ki, dünyanın zalım qüdrətləri üçün insan haqları və yaşamaq haqqı öz anti-humanist planlarını həyata keçirmək üçün vasitədən başqa bir şey deyil.

İran parlamentinin üzvləri həmçinin, İslam və müsəlmanların adından istənilən növ sui-istifadəyə qarşı mübarizənin aparılmasını istəyərək, terrorçularla bağlı ikili standartlara son qoyulmasını  bir zərurət adlandırıblar.

Teqlər

Şərhlər