Mar 18, 2019 19:21 Asia/Baku
  • Ruhani: İranın düşmənləri heç vaxt öz hədəflərinə çatmayacaqlar
    Ruhani: İranın düşmənləri heç vaxt öz hədəflərinə çatmayacaqlar

İran İslam Respublikası prezidenti deyib: Düşmənlər İslami İrana zərbə vurmaq üçün əllərindən gələni ediblər, amma heç vaxt öz hədəflərinə çatmayacaqlar.

İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün nazirlər kabinetinin iclasının sonunda müxbirlər qarşısında əlavə edib: Amerikalılar Tehrana qayıtmaq və xalqa yiyələnmək istəyirlər ki, İranın müqavimətli və mübariz xalqı düşmənlərə bu icazəni verməyəcəklər.

Ruhani bildirib ki, amerikalılar heç bir dəlil olmadan nüvə anlaşmasındakı öhdəliklərindən çıxıblar və özləri demişkən, İran xalqına qarşı ən şiddətli sanksiya tətbiq ediblər. O, deyib: Düşmənlər elə zənn edirlər, sanksiyaların davam etməsilə İrana geri dönə bilərlər ki, bu məqsəd mümkünsüzdür.

İran İslam Respublikası prezidenti həmçinin Amerikanın bəşəriyyətə qarşı cinayətlərinə işarə edərək, deyib: Tehran bəşəriyyətə qarşı cinayət olan İran əleyhinə sanksiyalar tətbiq etdiklərinə görə, amerikalı rəsmilərdən şikayət edəcəkdir.

Ruhani həmçinin İran dövlətinin ötən bir ildəki fəaliyyətini şərh edərək, deyib: İran dövləti düşmənlərin fitnələri ilə mübarizə üçün əlindən gələni edib və bu prosesi düşmənlər üzərində qələbəyədək davam etdirəcək.

Teqlər

Şərhlər