Mar 21, 2019 10:38 Asia/Baku
  • Ruhani 1398-ci ilin Novruz müraciətində: İran xalqı mütləq qalib gələcəkdir

İran İslam Respublikasının prezidenti bu gün səhər 1398-ci günəş ilinin başlanması münasibətilə verdiyi müraciətdə 1397-ci günəş ilini böyük İran xalqının müxtəlif meydanlardakı uğurları ili adlandırıb və bildirib ki, İran xalqı mütləq qalib gələcək və problemləri arxada qoyacaqdır.

Həsən Ruhani Amerikanın İrana qarşı birtərəfli və qanunsuz sanksiyalarına işarə edərək, deyib: Düşmən elə fikirləşirdi ki, bu sanksiyalarda bütün dünya və müttəfiqləri onun kənarında duracaqlar, amma bir neçə rejim və ölkə çıxılmaqla bütün ölkələr İran xalqının yanında dayandılar.

BMT, bu təşkilatın təhlükəsizlik şurası və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik daxil olmaqla bütn beynəlxalq təşkilatların, haqqı, İran xalqına verdiklərini vurğulayan İran İslam Respublikası prezidenti belə qeyd edib: Əhdi pozan və cinayətə əl atan kəslər bilməlidirlər ki, bu yolun sonu onların xeyrinə olmayacaqdır.

Ruhani İranın qonşu ölkələrlə olan səmimi əlaqələrinə toxunaraq bildirib ki, yeni il bütün qonşularla daha artıq dostluq ili olacaqdır.

İran İslam Respublikasının prezidenti böyük İran xalqına xitabən qeyd edibdir ki, yeni il daha artıq həmrəylik və daha artıq səy ilidir.

Ruhani əlavə edib: İranlılar yeni ildə əl-ələ verərək, İran xalqını sındırmaq istəyən kəslər qarşısında dayanacaq və öz əzəmət və izzətlərini onlara daha artıq nümayiş etdirəcəklər.

«Yeni il istehsal, səy və iranlı gənclər üçün məşğulluq ilidir» deyən İran İslam Respublikasının prezidenti bildirib ki, dövlət bu yolda əlindən gələni əsirgəməyəcəkdir.

Ruhani yeni il münasibətilə böyük İran xalqını, ölkə xaricindəki iranlıları və Novruzu qeyd edən qövmlər və qonşuları təbrik edib.

İslam İnqilabının Böyük Rəhbəri 1398-ci günəş ilinin başlanması münasibətilə verdikləri müraciətdə Novruz bayramı və Əmirəlmominin Həzrət Əli(ə)-ın səadətli mövludu münasibətilə əziz həmvətənləri, xüsusən şəhidlərin və müharibə əlillərinin möhtərəm ailələrini təbrik ediblər. O həzrət İran xalqı üçün günbəgün artan maddi və mənəvi uğurlar, cismani sağlamlıq, səadət və şadlıqla dolu bir il arzu edərək, yeni ili «istehsala rövnəq» ili adlandırıblar.

 

Şərhlər