Mar 22, 2019 15:32 Asia/Baku
  • Amerikanın yeni Yaxın Şərqdəki məqsədi, İraq, Suriya və Livana yiyələnməkdir

Tehranın cümə namazı xitabətçisi bildirib ki, Amerikanın yeni Yaxın Şərqdəki məqsədi, İraq, Suriya və Livana yiyələnməkdir. O, vurğulayıb: Nəinki onların istəkləri reallaşmadı, həm də onlara qarşı müqavimət də təşkil olunubdur.

Ayətullah Seyyed Əhməd Xatəmi Tehranın buhəftəki cümə namazı xütbələrində İran prezidentinin İraqa, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin də Suriyaya olmuş səfərlərinə toxunaraq, deyib: Bu səfərlər bölgədə müqavimət mehvərini gücləndirəcək və zalım qüvvələrin regiondakı iştiraklarına son qoyacaqdır.

Tehranın cümə namazı xitabətçisi Yeni Zelandiyadakı terror hücumuna və əlli nəfərdən çox müsəlmanın öldürülməsinə işarə edərək, əlavə edib: Bu cinayətin səbəbi, Qərb ölkələri tərəfindən islamofobiyanın yayılmasıdır.

Ayətullah Xatəmi həmçinin 1398-ci günəş ilinin İslam İnqilabının Böyük Rəhbəri tərəfindən “istehsala rövnəq” ili adlandırılmasına işarə edərək, vurğulayıb: Ölkədə iqtisadi rövnəqin artması üçün ardı-arası kəsilməyən idxalatın da qarşısı alınmalıdır və bu, zəruri bir məsələdir.

 

 

Teqlər

Şərhlər