Mar 25, 2019 09:33 Asia/Baku
  • Laricani Trampın Qolan barəsindəki sözlərini pisləyib
    Laricani Trampın Qolan barəsindəki sözlərini pisləyib

İran İslam Şurası Məclisinin sədri ABŞ prezidentinin sionist rejimin Suriyanın işğal olunmuş Qolan məntəqəsinə hakimiyyəti barədəki təhrikedici sözlərini pisləyib.

Əli Laricani Donald Trampın işğal olunmuş Qolan məntəqəsi barəsindəki sözlərinin beynəlxalq qətnamələr, beynəlxalq hüquq normaları və humanitar prinsiplərlə təzad təşkil etdiyini bildirib.

İran İslam Şurası Məclisinin sədri Trampın dünya ölkələri və ümumi fikri ilə uyuzmazlığı və mübarizə rəftarını xüsusən Yaxın Şərq regionunda sülh və stabillik üçün bir təhlükə adlandırıb. O, beynəlxalq təşkilatlar və parlamentlərarası birliklərdən istəyibdir ki, ciddi addımlar ataraq, regionda digər bir faciənin baş verməsinə mane olsunlar.

Laricani vurğulayıb: Ağ Ev-in fikirləşmədən və məntiqsiz şəkildə rasist sionist rejimə dəstək verməsi Yeni Zelandiyadakı məscidlərə qarşı son terror hücumu kimi hərəkətlərin baş verməsinin əsas amilidir.

 

 

Teqlər

Şərhlər