Mar 25, 2019 14:33 Asia/Baku
  • Cahangiri: İranın qərb və cənub valiləri selin baş verməsilə mübarizə üçün lazımi tədbirlər görsünlər

İranın birinci vitse-prezidenti ölkənin qərb və cənub valiləri ilə telefon söhbətlərində selin baş verməsi ehtimalı ilə mübarizə üçün lazımi hazırlıqlara təkid edib.

Eshaq Cəhangiri bu gün Kermanşah, İlam, Cəharməhal və Bəxtiyari, Kohkiloye və Boyrəhməd, Lorestan, Xuzestan, Buşehr və Fars valiləri ilə telefon söhbətlərində hidrometeorologiya təşkilatının İranın qərb və cənub-qərb vilayətlərində yağış və qar yağıntısı, həmçinin sel və daşqının baş verməsinə dair proqnozuna işarə edərək, böhranla mübarizə üçün lazımi tədbirlərin görülməsi vacibliyini vurğulayıb.

Son günlər İranın şimalında, xüsusən Mazandaran və Qolestan vilayətlərində güclü leysan yağışlarına görə, bu iki vilayətin şəhər və kənd sakinləri sel və daşqın problemləri ilə üzləşərək, xəsarətlərə düçar olublar.

Teqlər

Şərhlər