Mar 25, 2019 17:55 Asia/Baku
  • İranın Fars vilayətində sel tələfata səbəb olub

İranın cənub-qərbində yerləşən Fars vilayətinin Şiraz şəhərində güclü sel nəticəsində azı on bir nəfər ölüb, təqribən qırx nəfər də yaralanıb.

Bu sel bu gün Şirazın "Dərvazeye Qoran" məntəqəsində baş verib və azı iki yüz avtomobili özü ilə aparıb.

Məlumatlara görə, hadisədən zərərçəkənlərin əksər hissəsi Novruz müsafirləri olub. Şirazın bəzi məntəqələri də sel və daşqın nəticəsində hadisə ilə üzləşib. İranın tarixi bazarlarından olan Şirazın "Bazare vəkil" məntəqəsinin bir çox hissəni su bürüyüb. Bu məntəqədə suyun səviyyəsi səksən santimetrə çatıbdır.

İranın qərbində yerləşən Lorestan vilayətində də çayların tüğyan etməsi və səkiləri su bürüməsi əhalinin gediş-gəlişində problemlər yaradıbdır. Lorestan valiliyi bu vilayətin bəzi məntəqələrinin infrastrukturlarına böyük xəsarətlərin dəydiyini bildirib.

İranın şimal-şərqində yerləşən Qolestan vilayətində də yeddi gün selin cərəyan etməsindən sonra "Ağ Qala" şəhərində suyun səviyyəsi təqribən əlli faiz azalıbdır.

Qolestan vilayətinə getmiş İranın daxili işlər naziri Əbdorreza Rəhmani Fəzli deyib ki, Ağ Qala şəhərində suyun əhalinin və yardım qüvvələrinin köməyi ilə boşaldılması ön planda durur. Deyilənlərə görə, qarşıdakı iki gün ərzində su Ağ Qala şəhərindən tamamilə çəkilib gedəcəkdir.

İranın hidrometeorologiya təşkilatı ölkənin azı beş vilayətində sel və daşqının baş verməsi haqda xəbərdarlıq edib.

Bu təşkilat həmçinin bildiribdir ki, İranın Xuzistan, Buşehr, İlam, Fars, Kermanşah, Kordestan, Lorestan, Çəharməhal və Bəxtiyari və İsfahan vilayətlərində daşqının baş verməsi ehtimalı var.

Teqlər

Şərhlər