Apr 06, 2019 12:16 Asia/Baku
  • İraqın baş naziri Tehranda
    İraqın baş naziri Tehranda

İraqın baş naziri İranın yüksək vəzifəli rəsmilərilə danışıqlar aparmaq üçün bu gün Tehrana səfər edib.

Adil Əbdulməhdi İran İslam Respublikası prezidenti Həsən Ruhaninin rəsmi dəvəti və yüksək səviyyəli siyasi və iqtisadi bir heyətlə Tehrana gəlib.

İraq baş nazirini rəsmi qarşılama mərasimi İran İslam Respublikası prezidentinin iştirakı ilə Tehrandakı Səədabad mədəni-tarixi kompleksində keçirilib.

Əbdulməhdi İrana ikigünlük səfərində İranın prezidenti və digər yüksək vəzifəli rəsmilərilə görüşdən əlavə, İran-İraq müştərək iqtisadi komissiyasının üçüncü iclasında iştirak edir.

Dünya şiələrinin səkkizinci imamı Həzrət İmam Rza(ə)-ın Məşhəd şəhərindəki ziyarətgahını ziyarət etmək İraq baş nazirinin digər səfər proqramlarındandır.

İraq baş nazirinin Tehrana səfəri ilə bağlı qeyd edək ki, İran İslam Respublikası prezidenti də mart ayında İraqa səfər etmişdi.

 

 

Teqlər

Şərhlər