May 14, 2019 21:30 Asia/Baku
  • Təxte Rəvançi: İran zorakılıq və təhdidə əsaslanan danışıqları qəbul etmir
    Təxte Rəvançi: İran zorakılıq və təhdidə əsaslanan danışıqları qəbul etmir

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi deyib ki, İran zorakılıq və təhdidə əsaslanan danışıqları qəbul etmir.

Məcid Təxte Rəvançi CNN telekanalı ilə müsahibədə deyib: Amerika hazırda İrana təzyiq göstərməkdədir və necə bu təzyiqlərin altında Tehranın müzakirə təklifini qəbul edəcəyini gözləyir?

Təxte Rəvançi bəzi mediaların "Vaşinqton İranla mübarizə üçün Yaxın Şərqə 120 min nəfərlik qüvvə göndərmək niyyətindədir" mövzulu reportajları ilə bağlı belə deyib: İranın nöqteyi-nəzərincə, bu kimi hərəkətlər psixoloji müharibədir və İran heç bir vəchlə toqquşma yaratmaq ardınca deyil, zira heç kəs regionda belə bir toqquşmanın baş verməsindən mənfəət qazanmayacaq.

Şərhlər