May 15, 2019 15:30 Asia/Baku
  • Bəidinejad: Avropanın siyasi vədlərinin vaxtı başa çatıb
    Bəidinejad: Avropanın siyasi vədlərinin vaxtı başa çatıb

İranın Britaniyadakı səfiri Tehranın nüvə anlaşması qarşısındakı bəzi öhdəliklərinin icrasını dayandırmasını "ciddi" addım adlandırdı və dedi: Avropalıların siyasi vədlərinin vaxtı başa çatıb. Onlar nüvə anlaşmasını qorumaq üçün ciddi addımlar atmalıdırlar.

İRNA-nın məlumatına görə, Həmid Bəidinejad ABŞ-ın nüvə anlaşmasından çıxması və BMT-nin Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozmasının ardınca İranın təmkinli davrandığını deyərək, İranın nüvə anlaşması qarşısındakı bəzi öhdəliklərinin icrasını dayandırmasını nüvə anlaşmasına zərbə vurmaq istiqamətində deyil, əksinə onu daha da möhkəmləndirmək xarakterli adlandırdı.

İranın Britaniyadakı səfiri həmçinin dedi: Təəssüflər olsun ki, avropalılar nüvə anlaşması qarşısında öz öhdəliklərinə əməl edə bilməyiblər. Bu da İranın ciddi tədbirlər görməsinə səbəb olub.

Bəidinejad həmçinin dedi: Əgər avropalılar 60 gün ərzində öhdəliklərinə əməl etməsələr, yenidən gələcəklə bağlı vədlərdən söz açsalarT İran növbəti mərhələ üçün nəzərdə tutduğu addımları atacaq.

Şərhlər