May 16, 2019 17:17 Asia/Baku
  • İran Silahlı Qüvvələrinin Ali Baş Komandanı Sepah-a yeni təyinatlar ediblər

İran Silahlı Qüvvələrinin Ali Baş Komandanı Həzrət Ayətullahuluzma Xamenei ayrı-ayrı hökmlərdə kontr-admiral pasdar Əli Fədəvini Sepah baş komandanının canişini və briqada generalı bəsic Mohəmmədreza Nəqdini Sepah-ın koordinator müavini təyin ediblər.

Həzrət Ayətullahuluzma Xameneinin kontr-admiral pasdar Əli Fədəviyə ünvanlanan hökmündə deyilir: Sepah-ın baş komandanının nəzəri ilə Sepah tapşırıqlarının qüdrətlə həyata keçirilməsi və əməliyyat hazırlıqları səviyyəsinin yüksəldilməsində cihadi və inqilabçı rolun oynanılması gözlənilir.

İslam İnqilabının Böyük Rəhbərinin briqada generalı bəsic Mohəmmədreza Nəqdiyə ünvanladıqları hökmdə isə belə deyilir: Sepah-ın baş komandanının tədbirləri nəzərə alınmaqla baş qərargah və silahlı qüvvələrin digər təşkilatları ilə konstruktiv və artan enerji ilə anlaşmada, İslam İnqilabının və onun nailiyyətlərinin qorunmasında hərtərəfli hazırlıqların əldə olunması və inkişafa meyldə Sepah və Bəsic-in cihadi və istedadlıq bacarıq və qabiliyyətlərindən bəhrələnmə ilə Sepah-ın qərargah səmərəliliy və ekspert imkanlarının yüksəldilməsi gözlənilir.

Teqlər

Şərhlər