May 17, 2019 15:06 Asia/Baku
  • İslam İnqilabı təfəkkürü və müqavimət mehvəri Amerikanın regiona nüfuzuna mane olub

Tehranın cümə namazı xitabətçisi bildirib ki, İslam İnqilabı təfəkkürü və müqavimət cəbhəsi bir istisna və inkişafda olan bir qüdrətdir. O, vurğulayıbdır ki, bu təfəkkür İslamın gücünün artması və Amerikanın regiondakı nüfuzunun azalması üçün şərait yaradıbdır.

Höccətulislam vəlmuslimin Seyyed Mohəmməd Həsən Əbutorabifərd islami cəmiyyətdə iqtisadiyyatı mühüm və mehvərli iqtisadiyyat adlandırıb və vurğulayıb ki, İran İslam Respublikası qırx il sanksiyaya rəğmən, iri iqtisadi addımlar atıbdır və İranın iqtisadi infrastrukturlarının bir çoxuna bəzi inkişaf etmiş ölkələr belə malik deyillər.

Tehranın cümə namazı xitabətçisi sonra belə qeyd edib: İrana qarşı sanksiyaları təklif etmiş yüksək vəzifəli amerikalı rəsmilər bu gün etiraf edirlər ki, əgər İran öz imkanlarından istifadə edərsə, sanksiyalar təsirsiz olacaqdır.

Əbutorabifərd əlavə edib: Elə amerikalılar vardır ki, yoxsulluq içində çabalayırlar, amma İran güclüdür, çünki qüdrətlə düzgün yolda addım atır, onun daxili gücü möhkəmlənibdir və inşaallah, böyük bir iqtisadi gücə çevriləcəkdir.

Şərhlər