İyun 14, 2019 15:42 Asia/Baku
  • Ruhani: İran və Çinin Amerikanın təkvektorluluğu qarşısında dayanması dünyanın xeyrinədir

İran İslam Respublikasının prezidenti İran və Çinin Amerikanın təkvektorluluğu qarşısında dayanmasını iki ölkənin, Asiyanın və dünyanın xeyrinə adlandırıb və deyib ki, İran xalqı xarici təzyiqlər qarşısında nəinki sarsılmır, həm də daha da müttəfiq və müqavimətli olur.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin 19-cu sammitinin kənarında Çin prezidenti Si Tszinpin ilə görüşdə iki ölkə münasibətlərini strateji adlandırıb və belə əlavə edib: Amerika hökumətinin İrana və Çinə, həmçinin digər ölkələrə göstərdiyi təzyiqlər bütün Asiyaya və dünyaya yiyələnmək məqsədini güdür.

İran İslam Respublikasının prezidenti bildirib ki, İran ilə Çin arasındakı əlaqələrin genişləndirilməsi üçün bir çox imkanlar mövcuddur. O, əlavə edib: Tehran Pekinlə əlaqələrin genişləndirilməsində heç bir məhdudiyyətə malik deyil və siyasi, iqtisadi, mədəni, turizm və terrorizmlə mübarizə sahələrində Çinlə əlaqələri genişləndirməyə hazırdır.

Ruhani həmçinin Çinin İranın cənub limanları və məntəqələrinin genişləndirilməsindəki investisiyasını alqışlayıb və belə deyib: İran da enengetika sahəsində Çinlə həmkarlığı davam etdirməkdən əlavə, Çinin enerjisinin təmini sahəsində strateji və davamlı əlaqələr üçün infrastrukturların genişləndirilməsinə maraqlıdır.

Si Tszinpin də Pekin-Tehran strateji münasibətlərinə təkid edərək, deyib: Dünyada təkvektorluluq rəvac tapıb və Amerikanın birtərəfli şəkildə nüvə anlaşmasından çıxması Yaxın Şərq bölgəsində gərginliklərin artmasının ən əsas amilidir.

Çin prezidenti həmçinin çoxvektorluluğu yaymaq məqsədilə ölkəsinin regional və beynəlxalq təşkilatlarda İranla əməkdaşlığı genişləndirməyə hazır olduğunu vurğulayaraq, əlavə edib: Pekin mütəşəkkil cinayətlər və terrorizmlə mübarizə sahəsində Tehranla həmkarlıqları genişləndirməyə hazırdır.

 

 

 

Teqlər

Şərhlər