Jul 11, 2019 07:45 Asia/Baku
  • İran nümayəndəsi Amerikanı tənqid edib

İranın Vyanada yerləşən beynəlxalq təşkilatlar yanındakı nümayəndəsi deyib: Amerikanıın xarici siyasəti və rəftarı ikilidir və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin idarə heyəti iclasının nüvə anlaşmasını pozmuş ölkənin istəyi ilə keçirilməsi acı bir satiradır.

Amerikanın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin idarə heyətinin İranın öz nüvə anlaşması öhdəliklərini azaltmaq üzrə son addımlarının araşdırılması barədə iclasın keçirilməsini istəməsnin ardınca bu iclas dünən axşam həmin təşkilatın Vyanadakı iqamətgahında keçirildi.

Kazem Qəribabadi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin idarə heyətinin fövqəladə iclasında deyib: İranın öz nüvə anlaşması öhdəliklərini azaltmaq üzrə addımlarıının idarə heyətinin tapşırıq çərçivəsi və müahidə ilə bağlı mövzularla heç bir əlaqəsi yoxdur.

İranın Vyanada yerləşən beynəlxalq təşkilatlar yanındakı nümayəndəsi vurğulayıb: Amerika nüvə anlaşmasından çıxıb və onu məhv etmək üçün əlindən gələni əsirgəməyibdir.

İranın Vyanada yerləşən beynəlxalq təşkilatlar yanındakı nümayəndəsi həmçinin deyib: Qondarma beynəlxalq polis kimi davranan Amerika hər cür beynəlxalq hüquq normalarını pozmaqdadır.

Teqlər

Şərhlər