Jul 11, 2019 13:18 Asia/Baku
  • Cahangiri: Amerikalılar regionun təhlükəsizliyini pozmaq niyyətindədirlər

İran İslam Respublikasının birinci vitse-prezidenti deyib ki, Amerika Fars körfəzinin və Qərbi Asiyanın təhlükəsizliyini pozmağa çalışır.

İran İslam Respublikasının birinci vitse-prezidenti Eshaq Cahangiri bu gün İranda icra hakimlərinin ümumölkə konfransında vurğulayıb ki, Tehranın strategiyası, bölgədə sabitlik və təhlükəsizlik yaratmaqdır. O, deyib: Amerika tərəfindən bölgədə əmin-amansızlığın yaradılmasının səbəbi, sionist rejim üçün həyat imkanı yaratmaqdır. Amerika elə buna görə, Əfqanıstana, Suriyaya və İraqa hücum etdi.

O, əlavə edib: Vaşinqton puç siyasi dəlillərlə, başqa formada Yəmən xalqına hücum etdi və belə bir halda çalışır ki, bölgə ölkələri arasında daim qarşıdurma üçün mövzulara malik olmuş olsun.

İran İslam Respublikasının birinci vitse-prezidenti deyib: İran İslam Respublikası bölgədə sabitlik və təhlükəsizlik üçün bacardığı qədər öz qüdrətindən isifadə edir. O, əlavə edib: İran əsrlər boyu Fars körfəzi bölgəsinin qoruyucusu olub. Həmçinin bölgədə İŞİD terrorçuları ilə mübarizədə əsas rol oynayıbdır.

 

Teqlər

Şərhlər