Jul 11, 2019 13:45 Asia/Baku
  • Zərif: Amerikalılar dünyanın siyasi səhnəsində təcrid olublar

İranın xarici işlər naziri Amerikanın yanlış seçimləri və siyasətlərini müqavimət mehvərinin qələbəsi və Vaşinqtonun dünyanın siyasi səhnəsində təcrid olunması amillərindən adlandırıb.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Tehranda icra hakimlərinin ümumölkə konfransında deyib: Amerikalılar elə zənn edirdilər ki, sanksiyalarla İran iqtisadiyyatını məhv edə bilərlər. O, əlavə edib: İran xalqı öz gücünə söykənərək, qərblilərin, amerikanların və İranın bədxahlarının bütün hesablamalarını alt-üst etdi və amerikalıların proqnozları reallaşmadı.

"Amerikanın bölgədə və dünyadakı siyasətləri uğursuz qalıbdır" deyən Zərif vurğulayıb: Amerika regional və beynəlxalq sahələrdə iqtisadi terrrorizmə üz tuturbdur.

İranın xarici işlər naziri deyib: Amerika dünən gecə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin idarə heyətinin xüsusi iclasını təşkil etdi, amma hətta idarə heyətinin sədrindən İrana qarşı qısa bir bəyanat belə ala bilmədi.

Zərif əlavə edib: Amerika ötən ildən bəri dörd dəfə təhlükəsizlik şurasının iclasını keçirib; bir dəfə Amerika prezidenti onda iştirak edib, bir dəfə də bəzi ölkələrin ekspertləri çıxış ediblər, amma İrana qarşı bir kəlmə belə ala bilməyiblər.

Teqlər

Şərhlər