Jul 11, 2019 18:07 Asia/Baku
  • İranın müdafiə naziri rusiyalı həmkarına başsağlığı verib

İranın müdafiə naziri Rusiyanın sualtı qayığında qəzanın baş verməsi nəticəsində Rusiya dəniz qüvvələri zabitlərindən bir qrupunun həlak olması münasibətilə bu ölkənin müdafiə nazirinə başsağlığı verib.

İranın müdafiə naziri briqada generalı Əmir Hatəmi Rusiyanın müdafiə naziri Sergey Şoyquya ünvanladığı müraciətdə bu ölkənin sualtı qayığının yanması hadisəsindən təəssüf ifadə edərək, həlak olanlaırn ailələri və Rusiyanın silahlı qüvvələrinin kədəri ilə bölüşüb.

Rusiya ordusunun tədqiqat sualtı qayığının yanması nəticəsində onun bütün on dörd ekipaj üzvü həlak olubdur.

Rusiyanın müdafiə nazirliyi iyulun ikisində bir bəyanatda bildirdi ki, bu sualtı qayığın ekipaj üzvlərinin həlak olmaları tüstü ilə tənəffüsdən irəli gələn boğulma nəticəsində olubdur.

Teqlər

Şərhlər