Jul 17, 2019 21:27 Asia/Baku
  • Cəhromi: Regional İT bazarının yaradılması Tehran iclasının əsas məqsədi idi
    Cəhromi: Regional İT bazarının yaradılması Tehran iclasının əsas məqsədi idi

İranın rabitə və informasiya texnologiyaları naziri regional İT bazarının qurulmasını İran-Türkiyə-Azərbaycan Respublikası-Rusiya dördtərəfli iclasının əsas məqsədi elan edib.

İranın rabitə və informasiya texnologiyaları naziri Mohəmməd Cəvad Azəri Cəhromi İran-Türkiyə-Azərbaycan Respublikası-Rusiya dördtərəfli iclasından sonra müxbirlər qarşısında əlavə edib: Dünyadakı iqtisadi dəyişiklikləri nəzərə alaraq, rəqəmsal iqtisadiyyatda əməkdaşlıq çox vacibdir.

Region ölkələrinin özəl sektorları arasında texnologiya sahəsində daha çox əməkdaşlığa ehtiyacın duyulduğunu vurğulayan Azəri Cəhromi deyib ki, bu addım strateji məqsədlərin işlənib hazırlanmasından sonra reallaşacaqdır.

İran-Türkiyə-Azərbaycan Respublikası-Rusiya dördtərəfli iclası çərşənbə günü Tehranda keçirilibdir.

Teqlər

Şərhlər