Jul 18, 2019 07:01 Asia/Baku
  • İran Türkiyənin hökuməti və xalqının kədəri ilə bölüşüb

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İraqın şimalındakı Ərbil şəhərində Türkiyənin baş konsulluğunun üzvlərinə qarşı terror hücumunu pisləyərək, bu hücum qurbanlarının ailələri xüsusiyyət təşkil etməklə Türkiyənin hökuməti və xalqının kədəri ilə bölüşübdür.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Seyyed Əbbas Musəvi dünən bildirib ki, terrorizm bölgə ölkələrinə böyük xəsarətlər vurmuş dəhşətli bir fenomendir. O, deyib: Terror qrupları ilə yeganə mübarizə yolu, dünya ictimaiyyətinin siyasi, maliyyə, silah və ideoloji dəstəklərə son qoymaq yolu ilə onlarla birgə mübarizəsidir.

Çərşənbə günü naməlum silahlı şəxslərin İraqın Ərbil şəhərinin "Əyn Kavə" məntəqəsinə qarşı hücumunda bir diplomat və Türkiyənin baş konsulluğunun iki digər üzvü həyatını itirdi.

Hələ bir şəxs və ya qrup bu hücumun məsuliyyətini üzərinə götürməyibdir,

Teqlər

Şərhlər