Jul 18, 2019 16:53 Asia/Baku
  • Tehran ilə Bakı arasında möhkəm əlaqələr vurğulanıb

İranın yol və şəhərsalma naziri deyib: İran və Azərbaycan Respublikasının əlaqələri qırılmazdır və iki ölkənin xalqı və hökuməti strateji anlaşmalara malikdirlər.

Mohəmməd Eslami bu gün Tehranda Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə görüşdə əlavə edib: Hərçənd İran İslam Respublikasının düşmənləri daim iki ölkə əlaqələrinə xələl gətirmək ardınca olublar, amma iki ölkə rəsmilərinin əzmkarlıqlarına görə, qarşılıqlı əməkdaşlıq və anlaşmalar yaxşı şəraitdədidr.

İranın yol və şəhərsalma naziri Tehranda İran və Azərbaycan Respublikasının nəqliyyat əməkdaşlıqları üzrə birgə komissiyanın iclasının keçiriləməsinə toxunub. O, deyib: Bu iclas İran və Azərbaycan Respublikasının birgə nəqliyyat proqramlarının qarşısında duran maneə və problemlərin aradana qaldırılması üçün münasib bir fürsətdir və müxtəlif layihələr, müştərək sərhəd körpüsü və Azərbaycan Respublikasının Rəşt-Astara istiqamətinə qovuşması barədə fikir mübadiləsi aparıb, razılığa gəlmək olar.

Eslami Rəşt-Astara-Astara dəmiryolunun xüsusi önəmə malik olduğunu bildirib. O, əlavə edib: Bu layihənin şimal-cənub dəhlizində yerləşməsinə və iki ölkənin onun təkmilləşdirilməsinə çalışmasına görə, hər iki ölkəni bu dəmiyolu istiqamətində yükün daşınması üzrə tranzit gəlirlərindən yaxşı bir pay gözləyir.

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə də iki ölkə arasında nəqliyyat əlaqələrini son dərəcə yaxşı adlandırıb. O, deyib: Bu əlaqələr illər boyu iki ölkə arasında mövcud olubdur. Çalışırıq ki, iki ölkə arasındakı ticari və iqtisadi əlaqələr səviyyəsi yüksəlmiş olsun.

Şərhlər