Jul 18, 2019 17:50 Asia/Baku
  • Qaçaq yanacaq daşıyan xarici gəmi Sepah-ın dəniz patrulları vasitəsilə müsadirə olunub

İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın dəniz patrul dəstələri Fars Körfəzində yerləşən Larək adasının cənubunda bir milyon litr qaçaq yanacaq daşıyan xarici gəmini müsadirə ediblər.

İslam İnqilabı Keşikçiləri Korpusunun birinci dəniz məntəqəsinin ictimai əlaqələr bölməsi bir məlumatda bildirib: Mütəşəkkil qaçaqmalçılığın aşkar və onunla mübarizə edilməsi məqsədilə Fars Körfəzində gəmi və qayıqların gediş-gəlişlərinə nəzarət əməliyyatı zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun birinci dəniz məntəqəsinin Fars Körfəzində və Hörmüz boğazında yerləşən dəniz patrulları xarici gəmilərdən biri tərəfindən yanacağın qaçaqmal formasında daşınmasına əmin olduqdan sonra qəfil bir addımda bir milyon litr qaçaq yanacaq daşıyan həmin xarici gəmini koordinasiyadan və məhkəmə orqanlarından hökm aldıqdan sonra Larək adasının cənubunda müsadirə ediblər.

Bu məlumatda deyilir: İki milyon litr yanacaq daşıma qabiliyyətinə malik olan bu gəmi on iki xarici ekipaj üzvü ilə iranlı barkaslardan alınmış qaçaq yanacağı ucqar məntəqələrdə əcnəbi gəmilərə təhvil vermək üçün hərəkətdə imiş ki, Sepah-ın dəniz qüvvələri döyüşçülərinin sayıqlığı ilə öz əməlində uğursuz qalıbdır.

İslam İnqilabı Keşikçiləri Korpusunun birinci dəniz məntəqəsinin ictimai əlaqələr bölməsi Qərb medialarının İran tərəfindən son günlərdə digər bir gəminin müsadirə olunmasına dair iddialarını təkzib edib.

Teqlər

Şərhlər