Jul 20, 2019 15:11 Asia/Baku
  • Şəmxani: Amerika milli təhlükəsizilik müşavirinin sözləri sədaqətsizliklərin simvoludur
    Şəmxani: Amerika milli təhlükəsizilik müşavirinin sözləri sədaqətsizliklərin simvoludur

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Ağ Ev-in milli təhlükəsizilik müşavirinin İranın nüvə zənginləşdirməsi haqqını inkar etmək üzrə sözlərini sədaqətsizlik, təkvektorluluq və Amerikanın beynəlxalq problemlər məcmuməsini görməməzliyəvurma təzahürü adlandırıb.

Amerikanın milli təhlükəsizilik müşaviri Con Bolton puç ifadələrdə iddia edib ki, İrana uran zənginləşdirməsi bacarıqlarını qoruyub saxlamaq icazəsini vermək, nüvə anlaşmasının ən pis səhvlərindən olubdur.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani bu gün Con Boltonun İranın nüvə zənginləşdirməsi haqqını inkar etməsinə reaksiyada deyib: Ağ Ev-in milli təhlükəsizilik müşavirinin sözləri hər cür hüquqi etibar və dəyərdən uzaqdır.

Şəmxani deyib ki, dinc məqsədlər üzrə uran zənginləşdirməsi bütün üzv ölkələrin haqqıdır və onların əllərindən alınası və ya veriləsi bir məsələ deyildir. O, əlavə edib: İranın uran zənginləşdirməsi üzrə qanuni haqqının Amerika tərəfindən qəbul olunması, Tehranın nüvə müzakirələrinə girməsi üzrə şərt idi.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi bildirib ki, beş üstəgəl bir qrupuna üzv ölkələr İranın uran zənginləşdirməsinə malik olmaq üzrə qanuni haqqını təsdiq ediblər. O, deyib: BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi İranın uran zənginləşdirməsi haqqını dünya ölkələri üçün icbari və beynəlxalq bir sənədə çeviribdir.

Şəmxani həmçinin İranın nüvə anlaşmasındakı öhdəliklərinin azaldılmasına toxunub və belə əlavə edib: Amerikanın milli təhlükəsizilik müşavirinin sözləri göstərir ki, İranın nüvə anlaşmasındakı öhdəliklərini pilləli şəkildə azaltmaq üzrə addımı, heç öhdəliyi qəbul etməyən bir ölkə ilə yeganə mübarizə yoludur.

 

Şərhlər