Aug 11, 2019 21:34 Asia/Baku
  • İranlı cüdoçu qızıl medal əldə edib
    İranlı cüdoçu qızıl medal əldə edib

73 kiloqramdan aşağı çəki dərəcəsində yarışan iranlı cüdoçu Qəffar Mirzayi ABŞ və Rusiyadan olan rəqiblərinə qalib gələrək, Çində keçirilən polis və yanğınsöndürənlərin dünya çempionatında qızıl medal alıb.

Bu yarışlarda 80-dən çox ölkə təmsil olunur. Yarışların ikinci günündə 73 kiloqramdan aşağı çəki dərəcəsində yarışan rusiyalı cüdoçu 2-ci olub. ABŞ və Belarus nümayəndələri birgə şəkildə üçüncü olublar.

Polis və yanğınsöndürənlərin olimpiya olyunları kimi tanınan bu yarışlar dörd ildən bir keçirilir.

Dünən də 100 kiloqramdan aşağı çəki dərəcəsində yarışan iranlı cüdoçu Əli Mətin polis və yanğınsöndürənlərin dünya çempionatında gümüş medal qazanıbdır.

Teqlər

Şərhlər