Aug 11, 2019 21:50 Asia/Baku
  • Musəvi: Vaşinqtonun İranla müzakirə intizarı əbəsdir
    Musəvi: Vaşinqtonun İranla müzakirə intizarı əbəsdir

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, amerikalıların iranlı rəsmilərin onlarla telefon əlaqəsi saxlayacaqlarını gözləmələri əbəsdir.

Seyyed Əbbas Mousəvi Amerika rəsmilərinin bu ölkə prezidenti Donald Trampın İran rəsmilərinin telefon zəngini gözləməsinə dair sözlərinə toxunaraq, əlavə edib: Onların uzun müddətdir, İran İslam Respublikasından belə bir intizarları var, amma İran heç vaxt beynəlxalq hüquq və qaydalara riayət olunmayan bir müzakirədə iştirak etməyəcəkdir.

Musəvi ABŞ-ın İrana qarşı iqtisadi terrorizminə işarə edib və deyib: Heç bir aqil adam təzyiqdə olarkən və ona tərəf silah tuşlanarkən müzakirə etməz.

Teqlər

Şərhlər