Aug 12, 2019 13:55 Asia/Baku
  • Cəhangiri beynəlxalq su yollarının sabitliyi və təhlükəsizliyi vacibliyini vurğulayıb
    Cəhangiri beynəlxalq su yollarının sabitliyi və təhlükəsizliyi vacibliyini vurğulayıb

İran İslam Respublikasının birinci vitse-prezidenti Hörmüz boğazı, şimal və cənub sahilləri, həmçinin beynəlxalq su yollarının sabitliyi və təhlükəsizliyini İranın qırmızı xətti adlandırıb.

Eshaq Cəhangiri bu gün Türkmənistanın "Avaza" kurort şəhərində keçirilən birinci Xəzər iqtisadi forumunda bildirib ki, regiondankənar ölkələrin hər bir ad və koalisiyada iştirakı və müdaxiləsi bölgənin təhlükəsizliyi, sabitliyi və sülhü üçün böyük təhlükədir. O, deyib ki, bölgənin təhlükəsizliyini yalnız bölgə ölkələri bərqərar etməlidirlər.

Cəhangiri bildirib ki, Qərbi Asiya bölgəsi və Fars Körfəzi ötən illərdə bəzi regionaşırı qüdrətlərin qanunsuz müdaxilələri və hegemonçuluqlarına görə, səbatsızlığa və əmin-amansızlığa düçar olubdur. O, əlavə edib ki, iqtisadi inkişaf və investisiyanın artması təhlükəsilzik və sabitlik tələb edir.

İran İslam Respublikasının birinci vitse-prezidenti həmçinin xəzəryanı ölkələr arasındakı ticarət mübadilələrinin həcminə toxunaraq, deyib: Dövlətlərin özəl sektorlara zəminin yaradılması və onların fəallaşdırılması, ticarət vizalarının asanlaşdırılması və iki və ya beştərəfli formada güzəştli ticarət tarfilərinin sıfıra endirilməsinə cəhd göstərmələri Xəzər hövzəsində iqtisadi münasibətlər həcminin artmasına səbəb ola bilər.

Cəhangiri vurğulayıb ki, qonşularla anlaşma, hər cür gərginlikdən çəkinmə, həmçinin region stabilliyi və təhlükəsizliyinin qorunması İranın xarici siyasətinin əsas prioritetlərindəndir. O, belə qeyd edib: İran Mərkəzi Asiya ölkələrinin və xəzəryanı hökumətlərin müsbət münasibətlərini alqışlayaraq, iqtisadi sahə daxil olmaqla bütün sahələrdə əməkdaşlıqları genişləndirmək əzmindədir.

Teqlər

Şərhlər