Aug 12, 2019 14:17 Asia/Baku
  • Sionist, ali-səud və ali-xəlifə rejimləri məhv olmağa məhkumdurlar
    Sionist, ali-səud və ali-xəlifə rejimləri məhv olmağa məhkumdurlar

Tehranda Qurban bayramı namazının xitabətçisi sionist, ali-səud və ali-xəlifə rejimlərinin bölgədəki cinayətlərinə toxunaraq, vurğulayıb ki, bu rejimlər məhv olmağa məhkumdurlar.

Höccətulislam vəlmuslimin Seyyed Mohəmməd Həsən Əbutorabifərd Tehranda Qurban bayramı namazının xütbələrində bildirib ki, şirk, küfr və imperializm ilə mübarizə Qurban bayramının ismarıclarındandır.

O, deyib: İraq, Suriya, Livan və Yəmən müsəlmanalrı böyük ilahi peyğəmbər, Həzrət İbrahim(ə)-dan dərs almaqla düşmənlər qarşısında dayanırlar.

Höccətulislam vəlmuslimin Əbutorabifərd Avropanın ABŞ-ın hegemonçuluq sisteminə təslim olduğunu bildirib və belə deyib: İran xalqı Həzrət İbrahim(ə)-dan müqavimət dərsini öyrənərək, Amerikanın heybətini çökdürübdür.

Tehranda Qurban bayramı namazının xitabətçisi həmçinin Kəşmir böhranına işarə edərək, Pakistan və Hindistanın dövlət başçılarından istəyibdir ki, aqillik və biliklə xüsusən Kəşmirdə müsəlmanların və digər insanların hüquqlarının qorunmasına zəmin yaratsınlar.

Şərhlər