Aug 12, 2019 19:05 Asia/Baku
  • İran xalqına qarşı iqtisadi terrorizm kəsərsizdir
    İran xalqına qarşı iqtisadi terrorizm kəsərsizdir

İranın xarici işlər naziri Amerikanın İrana qarşı zalımcasına sanksiyalar tətbiq etməsinə işarə edərək, vurğulayıb: İran xalqına qarşı iqtisadi terrorizm kəsərsizdir və yalnız regionun əmin-amansızlığını artırıbdır.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Dohada Qətərin əmiri Təmim bin Həməd bin Xəlifə Ali-Sani ilə görüşdə Tehranın qonşularla münasibətlərin genişləndirilməsinə söykənən siyasətinə təkid edərək, deyib: İran-Qətər əlaqələri İran ilə region ölkələri arasındakı siyasi münasibətlər üçün bir meyardır.

Qətərin əmiri Təmim bin Həməd bin Xəlifə Ali-Sani də bu görüşdə İran ilə Qətərin yaxın və qardaşcasına münasibətlərinə işarə edərək, iki ölkənin regional və beynəlxalq məsələlər ətrafındakı məşvərətləri və bölgə problemlərinin həlli üzrə birgə səylərini zəruri adlandırıb.

Təmim bin Həməd bin Xəlifə Ali-Sani həmçinin Qətərin regionda sülh və sabitliyin bərqərarına hazır olduğunu vurğulayıb.

Dohaya səfər etmiş İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif bu səfər bitdikdən sonra twitter-dəki şəxsi səhifəsində Qətərə səfərini olduqca konstruktuv adlandırıb və bildirib ki, yalnız region ölkələri bölgənin təhlükəsizliyini təmin edə bilərlər.

Şərhlər