Aug 13, 2019 19:53 Asia/Baku
  • Kəmalvəndi 4,5% zənginləşdirilmiş uran istehsalından xəbər verib
    Kəmalvəndi 4,5% zənginləşdirilmiş uran istehsalından xəbər verib

İran Atom Enerjisi Təşkilatının sözcüsü 4,5% zənginləşdirilmiş uran istehsalından xəbər verib və deyib ki, 3,67%-dən yuxarı uran istehsalı İranda elektrik stansiyasına lazım olan yanacağı təmin etmək üçündür.

Behruz Kəmalvəndi Fordo-da sabit izotopların ayrılması mərkəzinin inşa əməliyyatının başlanması mərasimində zənginləşdirilmiş uranın son durumu barədə deyib: İran İslam Respublikası 300 kiloqram uran həddini keçib və hazırda İranın zənginləşdirilmiş uran miqdarı 360-370 kiloqram arasındadır.

İran Atom Enerjisi Təşkilatının sözcüsü həmçinin vurğulayıb: Tehran öz ağır su ixracatını 130 tondan aşağı səviyyədə saxlamaq barədə heç bir öhdəliyə malik deyildir. O, əlavə edib: İranın ixracat miqdarı böyük deyil, amma bazar çeşidliliyi mövcuddur və Avropa və qeyri-Avropa ölkələri İran məhsullarının alıcılarıdırlar.

Kəmalvəndi bildirib ki, İran ağır sudan əlavə, "oksigen-18" də ixrac edir. O, vurğulayıb: Hazırda İran İslam Respublikası çox yüksək texnologiyaya malik əmtəə malları ixracatçısıdır.

Şərhlər