Aug 15, 2019 19:46 Asia/Baku
  • Dünya ordularının dalğıclıq yarışlarının bağlanışı

Kişdə keçirilən dünya ordularının dalğıclıq yarışlarının bağlanışı. Dərin dalğıclıq üzrə 4-cü beynəxalq yarışlar Rusiya komandasının çempionluğu ilə başa çatdı.

Dünya ordularının dalğıclıq yarışlarının çempionluğunu Rusiya dalğıcları 7416 xal toplamaqla qazandılar.

Bu il ilk dəfə olaraq bu yarışlarda iştirak edən Çin komandası 4922 xalla ikinci yerdə durdu.

Bu yarışların öncəki dövründə çempion olmuş İran İslam Respublikası ordusunun dalğıcları bu il yarışların müxtəlif bölmələrinin dəyişməsilə Çin komandası ilə sıx rəqabətdə 4754 xal əldə edərək, üçüncü yerdə durdular.

Kişi: İran komandası çox güclü çıxış etdi və çox az fərqlə və olduqca yaxın rəqabətlə komandamız üçüncü yeri əldə etdi.

Dünya ordularının dalğıclıq rəqabətləri altı ölkədən 160 dalğıcın iştirakı ilə on gün müddətinə qərq olmuş sualtı qayığın xilas edilməsi, qapalı mühitdə iş, qərq olmuş gəmi və dalğıcın nicatı, su altında qaynaq, kəsmə, tərəzi və flanş bölmələrində keçirilibdir.

Kişi: Bu yarışın ən böyük nailiyyəti, həmrəylik, dostluq, həmçinin bilik, bacarıq və imkanların ortaya qoyulması olubdur ki, nəticə etibarı ilə dünyanın azad sularında kollektiv təhlükəsizliyə nailolma və sülh gətirəcəkdir.

Kişi: İran xalqının qonaqsevərliyi və qonaqpərvərliyinə çox təəccüb etdik.

Dünya hərbçilərinin yarışları Rusiyanın təşəbbüsü ilə təqribən on bir il bundan öncədən bəri hər il 17 növdə keçirilir. Ölkəmiz bu il dünya ordularının dərin dalğıclıq və şose patrulu yarışlarına ev sahibliyi edirdi.

Venesuela, Cənubi Afrika və Suriya komandaları da bu beynəlxalq yarışlarda dördüncüdən altıncıyadək olan yerlərdə durdular.

Şərhlər