Aug 15, 2019 20:19 Asia/Baku
  • Zərif: Amerikanın nakam dəniz oğurluğu göstərdi ki, Tramp hökuməti heç bir qanuna sadiq deyil

İran İslam Respublikası xarici işlər naziri tvitter səhifəsində Cəbəlüttariq boğazında İran neftini daşıyan Qris-1 gəmisinin azad edilməsinə toxunaraq yazıb: Amerikanın dəniz oğurluğu təşəbbüsündə nakam qalması göstərir ki, Tramp hökuməti qanuna heç bir dəyər vermir və qanunun nə olduğunu heç başa düşmür.

Məhəmməd Cavad Zərif yazıb: ABŞ hökuməti xərçəng xəstələrini ehtiyacları olan dərmandan məhrum etmək kimi, İqtisadi terrorizm yolu ilə məqsədlərinə çatmaqda nakam qaldıqdan sonra beynəlxalq hüquqdan su-istifadə etməyə cəhd göstərdi və bizim azad sulardakı əmlakımızı oğurlamağa əl atdı. Bu dəniz oğurluğu nakam qaldı amma göstərdi ki, Tramp hökuməti heç bir qanuna sadiq deyil.

İİR-nın Londondakı Səfiri Bəidinejad bir neçə saat öncə bir tvittdə İran neftini daşıyan gəminin qeyri-qanuni həbsdən azad edilməsi xəbərini təsdiqləyib. Bəidinejad yazıb: Amerika özünün xəbis cəhdləri ilə bu neft daşıyan gəminin buraxılmasına mane olmaq istəyirdi ancaq təhqiramiz məğlubiyyətlə üzləşdi.

Şərhlər