Aug 16, 2019 07:01 Asia/Baku
  • "Ərəs 2" avtomobili

İranlı elmi əsaslı şirkətlərin həmkarlığı ilə İranın silahlı qüvvələri diqqətləri özünə çəzb edən özəl hərbi avtomobilləri təqdim edə bildilər. İndi də bu döyüş avtomobillərinin qabiliyyət və bacarıqları.

İranlı mühəndislər bir neçə il bundan öncədən elə buradan hərbi avtomobil konstruksiyası və istehsalının düyməsini vurdular.

Şəhid Şahmoradi adına avtomobilqayırma sənayesi. Öncə "Səfir"i düzəltdilər. Sonra "Ərəs"i, indi də "Ərəs 2"ni. İki öncəki avtomibilin təkmilləşdirilmiş formasını. Taktiki və çevik hücum avtomobili və hər sınaqdan başıuca çıxan bir avtomobil. Hərbi avtomobildir, amma konstruksiyası nadirdir.

İstehsal xətti İsfahanda işə salınarkən silahlı qüvvələr onun istəkçisi oldular.

Əmir Kiyumərs Heydəri- ordunun quru qoşunlarının komandanı:

Müxtəlif hərbi və əməliyyat mühitlərində manevr qalibiyyətinə malikdir. Quru qoşunlarının ekspertləri tərəfindən də lazımınca dəyərləndirilibdir. Bu avtomobil çətin mərhələni arxada qoyubdur.

Burada iranlı zirehli avtomobilin təqdimatı oldu. 4 vurulmuş 4 ölçüdə olan "Tufan"dan sonra bu dəfə 6 vurulmuş 6 ölçüdə olan "Rəəd" özünü göstərdi.

Bu dəmir nəhəng polad güllələr qarşısında davamlıdır.

Briqada generalı Hatəmi- İran ordusunun komandanı:

Ötən illərdə bölgədə şahidi olduğumuz minalar, partlayış tələləri, pusqular, terrorlar və terror fəaliyyətləri kimi məsələlərlə üzləşdiyimizə görə, döyüşçülərin mühafizəsini yüksəldə bilməyimiz lazım idi. Bu avtomobil bütün bunların hamısını bir yerdə silahlı qüvvələr üçün təmin edir.

Qüvvəsini təzələmədən və yanacaq doldurmadan ardıcıl surətdə 900 kilometr məsafəni gurultu ilə keçib gedir. Heç nə qarşını ala bilmir.

İranlıların təşəbbüsü ilə Rəəd-in səkkiz ekipaj üzvü səkkiz təhlükəsiz yarıqdan kabinanın içərisində iy yayılmadan və qəlpə düşmədən çölə atəş açır.

Rəəd-dən deməsəm yaxşıdır. Döyüş səhnəsində düşmənin özü tamaşa etməlidir. Bu, bir röya deyil, bir həqiqətdir.

Rəəd zirehli avtomobili bir iradənin məhsuludur. Bütün çatışmazlıqlara və sanksiyalara rəğmən, istədik və bacardıq.

Şərhlər