Aug 17, 2019 15:40 Asia/Baku
  • Laricani: İngiltərə İranın qüdrəti qarşısında geri çəkilməyə məcbur oldu

İran İslam Şurası Məclisinin sədri İranın "Qris 1" tankerinin azad edilməsilə bağlı bildirib ki, İngiltərə İranın qüdrəti qarşısında geri çəkilməyə məcbur oldu.

İran İslam Şurası Məclisinin sədri Əli Laricani bu gün məclisin açıq iclasında əlavə edib: İngilislər başa düşüblər ki, İranın bugünkü şəraiti keçmişdəki kimi deyil. Buna görə, dəniz oğurluğundan əl çəkməyə məcbur oldular.

Amerika rəsmiləri bir tərəfdən, İrana müzakirə təklifi verir, digər tərəfdən də İranın xarici işlər nazirini sanksiya edirlər- deyən İran İslam Şurası Məclisinin sədri əlavə edib: Amerika xalqı illüziyalı hökmranlara düçar olubdur ki, illüziyanın ifratından əbləhcəsinə ziddiyyətli sözlər söyləyirlər.

Teqlər

Şərhlər