Aug 17, 2019 19:22 Asia/Baku
  • Tehranda Yəmən böhranının həlli üzrə üçtərəfli iclas keçirilib

Yəmən böhranının siyasi həll yolu istiqamətində İranın Xarici İşlər Nazirliyi, Yəmənin Ənsarullah hərəkatı, həmçinin İngiltərə, Fransa, Almaniya və İtaliyadan ibarət E4 adlı Avropa Birliyinin dörd əlaqədar ölkəsinin nümayəndəliklərinin sədrləri və səfirlərinin iştirakı ilə Tehranda üçtərəfli iclas keçirilib.

Tehran iclasında iştirak edən heyətlər aid olduqları hökumətlərin Yəmən olayları, o cümlədən siyasi və meydan mövzuları və Yəməndə insan vəziyyəti barədəki baxışlarını şərh formasında bəyan edərək, on minlərlə yəmənlinin ölməsi, yaralanması və bu ölkə infrastrukturlarının dağılması ilə nəticənələn Yəmənin böhranlı durumunun davam etməsindən dərin təəssüf ifadə ediblər.

Üçtərəfli Tehran iclasının sonunda iştirakçı heyətlər savaşın tez bir zamanda dayandırılması və Yəmən böhranının həlli üçün siyasi yolun təqdim olunması vacibliyini vurğulayıblar. Onlar bu ölkəyə humanitar yardımların göndərilməsinin sürətləndirilməsini istəyiblər.

Həmçinin iştirakçı heyətlər Stokholm razılaşmalarının tam şəkildə icrası vacibliyini vurğulayıblar. Onlar bütün toqquşan tərəflərin öhdəlikləri tam şəkildə yerinə yetirmələrini vurğulayıb və onu Yəmən böhranının yekun siyasi həlli üçün bir müqəddimə adlandırıblar.

Yəmənin Ənsarullah hərəkatının sözçüsü Muhəmməd Əbdussəlamın sədrliyi altında olan bu hərəkatın nümayəndə heyəti İran İslam Respublikası rəsmilərilə danışıqlar aparmaq üçün Tehrandadır.

Teqlər

Şərhlər