Aug 19, 2019 20:35 Asia/Baku
  • İran Vaşinqton ilə müzakirəyə maraqlı deyil
    İran Vaşinqton ilə müzakirəyə maraqlı deyil

İranın xarici işlər naziri deyib ki, Tehran Vaşinqton ilə müzakirəyə maraqlı deyil və hər cür vasitəçilik Amerikanın nüvə anlaşmasına qaytarılması üzərində təmərküzləşməlidir.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Helsinkidə Finlandiyanın xarici işlər naziri Pekka Haavisto ilə birgə mətbuat konfransında əlavə edib: Amerika özünün himayədarı olduğu BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi çərçivəsindəki öhdəliklərinə əməl etməlidir.

BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin 2015-ci ilin 20 iyulunda qəbul olunması ilə bu şuranın İranın nüvə məsələsi barədəki sanksiyaları ilə nəticələnən öncəki altı anti-İran qətnaməsi ləğv edilidi.

Zərif həmçinin İngiltərə və Amerikanın göstərişi ilə Cəbəluttariqin yerli hökuməti tərəfindən İran tankerinin müsadirə edilməsini qanunsuz adlandırıb və bu tankerin azad edilməsindən razılıq edərək, deyib: Amerika məhkəməsinin İran tankerinin müsadirə edilməsinə dair hökmü siyasi məqsədlə həyata keçirilibdir.

Finlandiyanın xarici işlər naziri də deyib ki, ölkəsi İranla nüvə anlaşmasının möhkəm himayədarlarındandır.

Şərhlər