Aug 20, 2019 07:23 Asia/Baku
  • Zərif: Cümə günü Parisdə Makronla görüşəcəyəm

İran İslam Respublikasının xarici işlər naziri dünən gecə Stokholmda Parisə səfərindən və Fransa prezidenti ilə görüşündən xəbər verib.

Məhəmməd Cavad Zərif İsveçdə yaşayan iranlılar qarşısında Amerikanın onun özünə qarşı sanksiyalarını təsirsiz adlandırıb və bildirib ki, cümə günü Parisdə Fransanın prezidenti Emmanuel Makron və xarici işlər naziri Jan-İv Le Drian ilə görüşəcək.

İran İslam Respublikasının xarici işlər naziri Amerikanın zalımcasına sanksiyaları qarşısında İran xalqının müqavimətinə də işarə edib və deyib ki, iranlılar keçmişdəki kimi hələ də müqavimət göstərirlər.

Zərif həmçinin İran ilə Avropa arasındakı xüsusi ticarət kanalı- İNSTEKS ilə bağlı deyib ki, İNSTEKS yaxşı bir mexanizmdir, bu şərtlə kimi işə düşmüş olsun.

Zərif İsveç rəsmiləri ilə görüşlər keçirmək məqsədilə dünən gecə Finlandiyanın paytaxtı Helsinki şəhərindən İsveçin paytaxtı Stokholma daxil olub.

İranın xarici işlər naziri İsveçdən də Norveçə yola düşəcəkdir.

Şərhlər