Aug 23, 2019 07:57 Asia/Baku
  • Zərif Parisə daxil olub

İranın xarici işlər naziri Fransa rəsmiləri ilə görüşmək məqsədilə dünən axşam Norveçin paytaxtı Oslodan Fransanın paytaxtı Parisə daxil olub.

Məhəmməd Cavad Zərif bu gün Parisdə Fransanın prezidenti Emmanuel Makron və xarici işlər naziri Jan-İv Le Drian ilə görüşməlidir.

Zərif Norveçdə bu ölkənin baş naziri Erna Solberq, xarici işlər naziri İne Mari Eriksen Soreyde və Norveç parlamentinin xarici siyasət və müdaifə komissiyasının sədri Anika Hatfild ilə görüşmüşdü.

İranın diplomatiya aparatının başçısı Norveçdən öncə Finlandiya və İsveçdə səfərdə idi.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ikitərəfli əlaqələri araşdırmaq, eləcə də Tehranın nüvə anlaşması və Qərbi Asiya bölgəsindəki siyasətlərini şərh etmək məqsədilə dörd Avropa ölkəsinə səfər edibdir.

 

Şərhlər