Sep 11, 2019 07:24 Asia/Baku
  • İnqilab Rəhbərinin iştirakı ilə Şame Qəriban mərasimi keçirilib
    İnqilab Rəhbərinin iştirakı ilə Şame Qəriban mərasimi keçirilib

Şəhidlər ağası Həzrət Əba Əbdillah Əl-Husəyn(ə)-ın və o həzrətin vəfalı səhabələrinin Şame Qəribanındakı əzadarlıq mərasimi İslam İnqilabının Böyük Rəhbərinin, bir qrup məsul şəxsin və Əhli-Beyt(ə) vurğunu olan xalqdan minlərlə nəfərin iştirakı ilə İmam Xomeyni(r.ə.) adına hüseyniyyədə keçirilib.

Mərasimdə höccətulislam vəlmuslimin Rəfii İmam Hüseyn(ə)-ın qiyamında əsas məqsədi, xalqı Allah-Taalaya tərəf istiqamətləndirmək adlandırıb.

Həmçinin bu mərasimdə cənablar Səmavati və Kərimi Kərbəla şəhidlərinin müsibətinə dua qiraət edib, mərsiyə oxuyublar.

Şərhlər