Sep 13, 2019 15:28 Asia/Baku
  • Bölgə əhalisinin müqaviməti Aşuradan mənşə alıb

Tehranın cümə namazı xitabətçisi Suriya, Livan, İraq, Bəhreyn və Yəmən xalqlarının zalımlar qarşısındakı müqavimətlərinə işarə edərək vurğulayıb ki, bölgə əhalisinin müqaviməti Aşura məktəbindən qaynaqlanıbdır.

Höccətulislam vəlmuslimin Seyyed Mohəmməd Həsən Əbutorabifərd Tehranın buhəftəki cümə namazı xütbələrində bildiribdir ki, İran İslam İnqilabı qırx ildir, Aşura məktəbi ilə əbədilik qələbələri qazanıb.

O, əlavə edib: Aşura məktəbi müqavimət, uzaqgörənlik və mədəniyyət dərsi ilə bu gün insan cəmiyyətlərini inqilabçı, müqavimətli və qalib bir mədəniyyətə çeviribdir.

Höccətulislam vəlmuslimin Əbutorabifərd vurğulayıb ki, müsəlmanlar düşmənşünas olmalıdırlar. O, deyib: Amerika və zalımlar müqavimət cəbhəsinin qələbələrindən nigarandırlar.

Tehranın cümə namazı xitabətçisi həmçinin Amerikanın İrana qarşı zalımcasına sanksiyalarına toxunub: İran Aşura hadisəsindən dərs alaraq, Qərbin hərtərəfli iqtisadi savaşında qalib gələcəkdir.

Hicri qəməri ili muhərrəmulhəram ayının onu, Hüseyn Aşurası günüdür.

Dünya şiələrinin üçüncü imamı İmam Hüseyn(ə) 61-ci hicri qəməri ili muhərrəmulhəram ayının onunda 57 yaşında Müqəddəs Kərbəlada şəhid oldu.

Həzrət İmam Hüseyn(ə) Kərbəla hadisəsinin bəyanında, Məkkədən Kərbəlaya gedən yolda, şəhadət anınadək açıq şəkildə vurğuladılar: Məqsəd, Yezidin İslama zidd hökumətini rüsvay etmək, “Əmr be məruf və Nəhy əz münkər”i bərpa etmək və zülm və zalımlıq qarşısında dayanmaqdır. O həzrət bildirdi ki, əsl Məhəmməd İslamını yaşatmaqdan savayı bir hədəfi yoxdur.

 

 

Şərhlər