Sep 25, 2019 20:22 Asia/Baku
  • BMT İranın mühacirlərə xidmətlərnə görə təşəkkür edib
    BMT İranın mühacirlərə xidmətlərnə görə təşəkkür edib

BMT-nin mühacirlərin məsələləri üzrə baş komissarlığının nümayəndəsi İran İslam Respublikasının mühacirlərə dəstək və xidmətlərin təqdim olunması üzrə addımlarını yüksək qiymətləndirib.

İvo Fisen İranın İsfahan valisi Abbas Rezayi ilə görüşdə əlavə edib: İranda mühacirlərə dəstək üzrə dəyərli addımlar atılmaqdadır və bu işlər və fəaliyyətlər beynəlxalq ictimaiyyətə təqdim olunmalıdır.

Frisen deyib: İran İslam Respublikası İslam İnqilabının Böyük Rəhbərinin göstərişinə əsasən, milliyyətindən asılı olmayaraq, bütün məktəblilərə tədris xidmətləri təqdim edir və digər ölkələrin məktəbliləri iranlı məktəblilərin kənarında ümumi məktəblərdə təhsil alırlar.

BMT-nin mühacirlərin məsələləri üzrə baş komissarlığının nümayəndəsi sonra belə qeyd edib: Mühacirlərə xidmətlərin təqdim olunması beynəlxalq səy tələb edir və bu sahədə İrana kömək göstərilməlidir.

Teqlər

Şərhlər