Oct 12, 2019 12:27 Asia/Baku
  • İran uşaqları ABŞ-ın qanunsuz hərəkətlərinin ilk qurbanı
    İran uşaqları ABŞ-ın qanunsuz hərəkətlərinin ilk qurbanı

İranın BMT-dəki nümayəndəliyinin attaşesi vurğulayıb ki, siyasi qərəzlərə çatmaq məqsədilə uşaqların canını hədələmək iqtisadi terrorizmdən başqa bir şey deyildir və BMT-nin onun təsirini araşdırması zəruridir.

Mohəmməd Həsəninejad Pirkuhi BMT Baş Məclisinin 3-cü komitəsinin "Uşaqların hüquqlarının qorunması və yüksəldilməsi" adlı iclasda vurğulayıb: İran uşaqları, ABŞ-ın bütün beynəlxalq hüquq prinsiplərini və ümumiyyətlə qəbul edilmiş etik və humanitar normaları pozaraq onlara qarşı tətbiq etdiyi və birtərəfli hərəkətlərdən irəli gələn iqtisadi qırğının ilk qurbanlarıdır.

İranın BMT-dəki nümayəndəliyinin attaşesi dünya əhalisinin üçdə birinin birtərəfli icbari hərəkətlərə və ya qeyri-insani mühasirəyə məruz qalan ölkələrdə yaşadığını çox nigaranedici bir fakt kimi izah etdi.

Şərhlər